Faiq Ağayevdən illərdir küsülü olduğu Zülfiyyə Xanbabayevaya tərif

Faiq Ağayevdən illərdir küsülü olduğu Zülfiyyə Xanbabayevaya tərif

Xalq artisti Faiq Ağayev küsülü olduğu həmkarı Zülfiyyə Xanbabayevanın geyim tərzindən danışıb.

101.az xəbər verir ki, Ağayev müğənninin yalnız iki rəngdən istifadə etməsindən söz açıb. "7 özəl" proqramında qonaq olan ifaçı bildirib ki, Xanbabayeva ancaq iki rəngdən istifadə edir:

"Züllfiyyə iki rəngdən istifadə edir: ag və qara. Çox mahircəsinə edir. Yadımda deyil onu nə vaxt əlvan, rəngli geyimdə görmüşəm. Ağ-qara nadir hallarda bəyənilir. İnsan bir dəfə nəsə edir, digərində gözlənilir başqası. Zülfiyyə gözəyatımlılığı qoruyur, nəticədə gözəl obraz yaranır. Çox bəyəndim, yaxşı, keyfiyyətli fotosessiyadır".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR