Türkiyədə meşə yanğını nəzarət altına alınıb

Türkiyədə meşə yanğını nəzarət altına alınıb

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda baş verən meşə yanğını böyük ölçüdə nəzarət altına alınıb.

101.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.

O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.

Qeyd edək ki, yanğın iyunun 21-də saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.


101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR