“Neftçi”də israilli yarımmüdafiəçi

“Neftçi”də israilli yarımmüdafiəçi

“Neftçi” ilk transferini rəsmiləşdirib.

101.az xəbər verir ki, israilli futbolçu Ataa Caber ilə 2 il müddətinə müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, İsrailin “Makkabi” (Hayfa, 2012-2017), “Bney Saxnin” (2015, 2017-2021) və “Aşdod” (2021-2022) klublarında çıxış etmiş Caber 2015-2016-cı illərdə İsrailin U-21 milli komandasının üzvü olub. O, 2016-cı ildə “Makkabi”nin heyətində İsrail Kubokunu qazanıb.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR