Ronaldu "Mançester Yunayted" tarixinin "10-luğ"una düşə bilməyib

Ronaldu "Mançester Yunayted" tarixinin "10-luğ"una düşə bilməyib

İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldu klub tarixinin ən yaxşı oyunçuları sıralamasında "10-luğ"a düşə bilməyib.

101.az-ın məlumatına görə, "FourFourTwo" nəşrinin dərc etdiyi siyahıda 37 yaşlı hücumçu 12-ci yerlə kifayətlənib. Səbəb kimi portuqaliyalı hücumçunun ən yaxşı illərini digər klublarda keçirməsi göstərilib.

İlk "10-luq"da Rayan Giqqz, Bobbi Çarlton, Corc Best, Brayan Robson, Erik Kantona, Denis Lou, Dunkan Edvards, Peter Şmeyxel, Ueyn Runi və Pol Skoulz yer alıb.

Qeyd edək ki, Kriştianu Ronaldu "Mançester Yunayted"də bütün yarışlarda 330 oyun keçirib, 142 qol və 71 məhsuldar ötürmə müəllifi olub. Onun "qırmızı şeytanlar"la müqaviləsi 30 iyun 2023-cü ilədəkdir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR