Azərbaycanlı futbolçular üçün Çempionlar Liqasında rəqib müəyyənləşib

Azərbaycanlı futbolçular üçün Çempionlar Liqasında rəqib müəyyənləşib

İsveçrənin Nyon şəhərində qadınlar arasında UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

101.az-ın məlumatına görə, Azərbaycan millisinin futbolçuları Jalə Məhsimova və Kristina Bakarandzenin çıxış etdiyi Türkiyənin "ALG Spor" klubu 11-ci qrupa düşüb. Qaziantep təmsilçisi mini-turnirin Çempionlar Yolu üzrə yarımfinalında Norveç "Brann"ının qonağı olacaq. Cütün qalibi finalda Serbiyanın "Spartak Subotitsa" komandası ilə üz-üzə gələcək. Oyunlar müvafiq olaraq, avqustun 18-də və 21-də olacaq.

Çempionlar Yolu və Liqa Yolu üzrə mini-turnirin ümumilikdə 15 qalibinə ikinci mərhələdə daha 9 komanda qoşulacaq. Beləliklə, qrup mərhələsinə 12 vəsiqə uğrunda mübarizə gedəcək.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR