Gəncə Dövlət Dram Teatrın yeni binasında məşqlər başlayıb

Gəncə Dövlət Dram Teatrın yeni binasında məşqlər başlayıb

Gəncə Dövlət Dram Teatrının yeni binasında Con Patrikin "Qəribə missis Sevic" adlı pyesi tamaşaya qoyulur. Hazırda teatrın yeni binasında məşqlər gedir. Bu barədə 101.az-a teatrdan məlumat verilib. Bildirilib ki, tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdi Hüseyn, musiqi tərtibatı Sevda Əliyevanındır.

Tamaşanın süjet xəttinə gəldikdə isə əsərin baş qəhrəmanı milyoncu dul qadın Etel Sevic insanların qəribə arzularının yerinə yetirilməsinə köməklik göstərməsi üçün fond yaradır. Ögey övladları onun bu hərəkətini öyrəndikdən sonra missis Sevici “Sakit məkan” adlı psixiatrik klinikaya yerləşdirərək onu qəyyumluğa götürürlər. Hadisələr də məhz bundan sonra başlayır.

Missis Sevic rolunda Xalq artisti Pərvanə Qurbanova, rollarda Əməkdar artistlər Rahilə Məmmədova, Sevda Orucova, Ramiz Vəliyev, Kəmalə Məmmədova , aktyorlar - Ruslan Hüseynov, Elmir Məmmədov, Samir Abbasov, Sevinc Hüseynova, Rauf Hüseynov çıxış edəcəklər. Tərcümə Əsəd Cahangirə məxsusdur.

Qeyd edək ki, tamaşa Gəncə Dövlət Dram Teatrının daxili vəsaiti hesabına hazırlanır. Səhnə əsəri yaxın zamanlarda tamaşaçıların ixtiyarına veriləcəkdir.

























101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR