Meşələrə giriş qadağan olundu

Meşələrə giriş qadağan olundu

Qardaş ölkə Türkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan olunub.

101.az xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.

Vurğulanıb ki, qadağa 5 iyul tarixindən 31 iyul tarixinədək qüvvədə olacaq.

Bununla belə İstanbul vilayəti hüdudlarında istirahət zonaları, təbiət parkları, bağlar, parklar və ekoturizm zonaları, idman, gəzintilərinə çıxmağa icazə verilir.

Lakin bu ərazilərdə kabab bişirmək, qaz balonundan istifadə etmək, qəlyan və hər cür od yandırmaq qəti qadağandır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR