Alim Qasımovdan Kərimin sözlərinə reaksiya: "Sənin kimilərdən..."

Alim Qasımovdan Kərimin sözlərinə reaksiya: "Sənin kimilərdən..."

Müğənni Kərim Abasovun boşanan qadınlarla bağlı dediyi qalmaqallı sözlərə bu dəfə Xalq artisti Alim Qasımov reaksiya verib.

101.az xəbər verir ki, xanəndə sosial şəbəkədə "show_news" səhifəsində bunla bağlı paylaşılan yazıya şərh yazıb.

"Sənin canın üçün kişinin xanımı qaçmaz sənin kimilərdən..." deyə, A.Qasımov yazısında qeyd edib.

Qeyd edək ki, Kərim "Kişi gedib ikinci dəfə evlənəcək, ay yazıq qadın, sən nə edəcəksən? Gedib boşanacaqsan, uşaqla qalacaqsan evin bir küçündə. Bəlkə ərə gedəcəksən, o da bilinmir, uşaqla kimdir səni alan? Ya da aliment alacaqsan, oturacaqsan evdə tək. Boşandın, bitdi. Sevirsənsə, qəbullanıb oturacaqsan. Boşananların 99 faizi peşmandır. Oturur evdə, ailə yox, bir uşaq, ərə gedə bilmir, saxlayanı yoxdur, dincələ bilmir. Nə xanım kimi xanımdır, nə nökər kimi nökərdir. Ər yoxdursa, işləməlidir. Bütün yük qadının üstündədir. Bağışla getsin, buna görə ailə dağıdarlar?" sözlərinə görə, tənqid olunmuşdu.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR