Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub

Builki Vaqif Poeziya Günlərinin dəqiq tarixi məlum olub.

101.az-ın əldə etdiyi məlumata görə, ədəbiyyat tədbiri iyulun 13-dən 15-dək Şuşa şəhərində keçiriləcək.

Tədbir çərçivəsində Molla Pənah Vaqifin Məqbərəsinin önündə və Azərbaycanın mədəniyyət paytaxtının digər tarixi yerlərində poeziya nümunələri səsləndiriləcək. Azərbaycan Yazıçılar Birliyi poeziya günlərinə hazırlıq işlərini yekunlaşdırıb.

Qeyd edək ki, Vaqif Poeziya Günlərinin əsası 1982-ci ildə qoyulub. Şuşa ermənilərin işğalı altında olduğu dövrdə bu tədbir keçirilməyib. Ötən il Vaqif Poeziya Günləri bərpa edilib. Mərasim Molla Pənah Vaqifin Muzey-Məqbərə Kompleksinin önündə keçirilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR