Təhsil Nazirliyi: "MİQ imtahanında səhvlər düz cavablara da təsir edəcək"

Təhsil Nazirliyi: "MİQ imtahanında səhvlər düz cavablara da təsir edəcək"

"Müəllimlərin işə qəbulu üzrə test imtahanında səhv cavablandırılmış suallar düz sualların dörddə birinə təsir edəcək".

101.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

"İmtahanlar bir neçə şəhər və rayonda həyata keçiriləcək. Bu, namizədlərin də imtahanların keçirildiyi mərkəzlərə rahat gəlməsi üçün əlverişlidir. İmtahanlar 15 mərkəzdə keçiriləcək. Mərkəzlər kondisionerlərlə də təmin olunacaq.

Namizəd ixtisas sualına səhv cavab verirsə, bu, həmin ixtisasdan olan sualın və ya ümumilikdə düz cavablandırılan sualın 0.5 balını aparacaq.

Metodikadan səhv cavablandırılan sual isə nətiəcni 0.25 bal azaldacaq", - bildirib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR