Gürcüstanın Ozurgeti şəhərində keçirilən Nodar Dumbadze Beynəlxalq Teatr festivalı davam edir

Gürcüstanın Ozurgeti şəhərində keçirilən Nodar Dumbadze Beynəlxalq Teatr festivalı davam edir

14 iyul 2022-ci il tarixində festivalda Avrasiya Teatrlar Birliyinin növbəti toplantısı olub. Toplantıda beynəlxalq münsiflər heyətində ölkəmizi təmsil edən Gəncə Dövlət Dram teatrının direktoru Aqil Bəhramlı və Birliyin qurucularından olan, Azərbaycan təmsilçisi, Gəncə Dövlət Dram teatrının aktyoru Yusif Cəfərov iştirak ediblər.

İclasda Birliyin sədri, Xerson Akademik Teatrının direktoru, Xalq artisti Aleksandr Kniga iki il müddətinə Birlik çərçivəsində görülən işlərin hesabatı ilə çıxış edib və qarşıda duran məsələləri müzakirəyə qoyub.

Daha sonra Birliyin baş katibi, Türkiyə təmsilçisi, Kubilay Erdelikaranın çıxışı dinlənilib.

Müzakirələrdən sonra səsvermə yolu ilə Aleksandr Kniga növbəti iki il müddətinə Avrasiya Teatrlar Birliyinin sədri seçilib.

Qeyd edək ki, Avrasiya Teatrlar Birliyi 15 iyul 2022-ci il tarixində işini yekunlaşdıracaq.





















101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR