Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Avropa çempionatında və Beynəlxalq Qran-Pridə 1-ci yerə çıxmış idmançılarla və onların məşqçiləri ilə görüş keçirib

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Avropa çempionatında və Beynəlxalq Qran-Pridə 1-ci yerə çıxmış idmançılarla və onların məşqçiləri ilə görüş keçirib

Görüş zamanı Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, idmançıları təbrik etmiş və gələcək yarışlarda onlara uğurlar arzulamışdır.

Rəis H.Nəsirov çıxışında şəhərimizin bütün idmançılarının Gənclər və İdman Nazirliyi, Gəncə şəhər rəhbərliyi, həmçinin Baş İdarə tərəfindən daima diqqət mərkəzində saxlanıldığını, hər zaman idmançılara dəstək olmağa çalışdıqlarını bildirib.

Daha sonra Yunanıstanın Katerini şəhərində keçirilən çimərlik güləşi U-17 Avropa çempionatında 1-ci yerə sahib olmuş Ziya Göyüşov və onun məşqçi-müəllimi Vüsal Qarayev, həmçinin Paraatletika üzrə "Tunis Qran-Pri"sində (F-11) nüvə itələmə növündə 1-ci yeri tutmuş idmançımız Məhərrəm Qasımov və onun məşqçi-müəllimi Natik Əliyev fəxri diplomlar, təşəkkürnamələr və qiymətli hədiyyələrlə təltif olunublar. İdmançılar göstərilən diqqət və qayğıya görə Baş İdarə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər və gələcəkdə bundan da yüksək nəticələr əldə edəcəklərinə söz veriblər. Sonda idmançılarla xatirə şəkli çəkdirilib.















101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR