Qızılın qiyməti cüzi düşüb

Qızılın qiyməti cüzi düşüb

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) iclasının yekunları açıqlanmamış qızıl cüzi ucuzlaşıb.

101.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,01%, yaxud 0,1 dollar ucuzlaşaraq 1 unsiyası 1 717,6 dollara satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,06% düşərək 1 unsiyası 18,547 dollar təşkil edib.

Analitiklərin çoxu hesab edir ki, iclasda uçot dərəcəsi 75 baza bəndi səviyyəsində artrılaraq 2,25-2,5%-ə çatdırılacaq. Bundan başqa, treyderlər FES rəhbəri Cerom Pauelin çıxışını gözləyirlər.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR