Qızılın qiyməti artıb

Qızılın qiyməti artıb

Qızılın qiyməti makroiqtisadi amillərlə əlaqədar olaraq bahalaşır.

101.az xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,8% və ya 14 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 764,3 dollar təşkil edib.

Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 3,26% artaraq 1 unsiya üçün 20,172 dollara satılıb.

Hazırda qlobal səviyyədə inflyasiya yüksək olaraq qalır. Üstəlik, ABŞ Ticarət Nazirliyinin ilkin qiymətləndirməsinə görə, ölkə iqtisadiyyatı ressesiya dönəminə daxil olub və bu, qızılın “qoruyucu” əhəmiyyətini artırır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR