Dünyada koronavirusa yoluxanların sayı 576 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 576 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 576,81 milyonu ötüb.

101.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.

Qeyd edək ki, indiyədək 6 milyon 399 min 498 nəfər COVID-19 nəticəsində dünyasını dəyişib.

20 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya və Böyük Britaniya da var.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR