Çinə məxsus 20 qırıcı Tayvanın hava məkanını POZDU

Çinə məxsus 20 qırıcı Tayvanın hava məkanını POZDU

Çin ordusunun Hərbi Hava Qüvvələrinə məxsus azı 20 təyyarə bu gün Tayvanın hava məkanı hesab edilən zonaya daxil olub.

101.az TASS-a istinadla xəbər verir ki, bu barədə Tayvan administrasiyası məlumat yayıb.

Hərbi manevrlər nəticəsində hər hansı insidentin qeydə alınmadığı bildirilir.

Qeyd edək ki, avqustun 4-dən etibarən Tayvan ətrafındakı günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Səbəb ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri və bu səfər ətrafında Çinlə ABŞ arasında yaranan siyasi qarşıdurmadır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR