Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin olunub

Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müvafiq əmri ilə Rəşad Rauf oğlu Yusifov Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsinə təyin edilib. 101.az-a bu barədə məlumatı Gəncə Regional Mədəniyyət İdarəsindən bildirilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi, Musiqi sektorunun müdiri Vüqar Hümbətov və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Rəşad Yusifovu kollektivə təqdim ediblər.

Rəşad Yusifov öz növbəsində təşəkkürünü bildirmiş və ona göstərilən ehtimadı doğruldacağını söz verib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR