Pərvin Kərimzadə: Qalib ölkəmizin idmançıları V İslam Həmrəyliyi Oyunlarında uğurlara imza atırlar

Pərvin Kərimzadə: Qalib ölkəmizin idmançıları V İslam Həmrəyliyi Oyunlarında uğurlara imza atırlar

Türkiyənin tarixi şəhəri olan Konyada start götürən V İslam Həmrəyliyi Oyunlarında, 56 ölkədən 4 mindən çox atletin qatıldığı idman yarışlarında Azərbaycan idmançıları ilk dəfə olaraq qalib ölkəni təmsil etdilər.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

Millət vəkili V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşdə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi: “Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın nümayəndələri, qalib ölkənin nümayəndələri kimi bu Oyunlarda iştirak edəcəyik. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da özünü əks etdirəcək” sözləri hər birimizin qəlbini iftixar hissi ilə doldurduğunu xüsusi ilə vurğulayıb.

Pərvin Kərimzadə diqqətə çatdırıb ki, İslam ölkələrinin birlik nümunəsini dünyaya nümayişi olan İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanında keçirilib. Dörd ildən bir keçirilən beynəlxalq idman tədbiri İslam Həmrəylik Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin idmançıları iştirak edir. Qürurlu haldır ki, IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycan uğurla ev sahibliyi edib. 2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. Beləliklə,İslamiada Azərbaycanda təkcə idman yarışması olmadı, xalqlar arasında əlaqələrin və dialoqun təşviqi platforması kimi tarixə yazıldı. Əsas şüarı “Həmrəylik bizim gücümüzdür” olan oyunlar müasir dünyada müxtəlif xalqları bir araya gətirərək, onlar arasında birlik və həmrəyliyin güclənməsində rol oynadı. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva nümunəvi təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək sözün həqiqi mənasında idman oyunlarının, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın bir standart yaratdığnı sübut etdi. Prezident cənab İlham Əliyev cox haqlı olaraq qeyd etdi ki, biz açılış mərasimində İslam dininin mütərəqqiliyini göstərdik. Biz Azərbaycan xalqının istedadlı nümayəndələrini açılış mərasimində göstərdik. Azərbaycanın zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə, bütün dünyaya nümayiş etdirdik. Eyni zamanda, bağlanış mərasimi də Azərbaycanı mütərəqqi, müasir ölkə kimi təqdim etdi. Yəni, bu nadir vəhdət bu gün Azərbaycanı dünya miqyasında əvəzolunmaz ölkəyə çevirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V İslam Oyunlarının açılış mərasimində iştirak edən dövlət, hökumət və nümayəndə heyətləri başçılarının şərəfinə verilən şam yeməyində söylədiyi nitqi zamanı IV İslam oyunlarını yüksək qiymətləndirib: “İslam Həmrəyliyi Oyunlarının sonuncusunu əziz Qardaşım İlham Əliyevin və hörmətli birinci xanım Mehriban Əliyevanın ev sahibliyi ilə 2017-ci ildə Azərbaycanda keçirmişdik. Azərbaycanlı qardaşlarım hər baxımdan uğurlu ev sahibliyinə imza atmışdır”.

Deputat vurğulayıb ki, “Bakı-2017”də Azərbaycan idmançıları 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldular. V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 281 idmançımız təmsil edir. Bu, Azərbaycan idmançıları dəfələrlə beynəlxalq yarışların qalibləri olub, üçrəngli bayrağımızı ucaldıb, himnimizi səsləndiriblər. Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarınn ilk günlərində Azərbaycan komandasının aktivinə yazılmış qızıl, gümüş və bürünc medallar da idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyəsindən xəbər verir.

Əminik ki, V İslam Oyunlarında da Azərbaycan idmançıları böyük uğurlara imza atacaqlar. Axı, gələcəyə hesablanmış idman siyasəti sayəsində ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşıb. Məhz idmançılarımızın qələbələri nəticəsində Azərbaycan dünyada idman ölkəsi, olimpiya hərəkatının inkişaf etdiyi dövlət kimi tanınıb- deyə Pərvin Kərimzadə bildirib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR