İtaliyanın ən böyük gölü qurumaq təhlükəsi ilə üzləşdi
Son illərin ən böyük quraqlığının müşahidə olunduğu İtaliyada Qarda gölünün su səviyyəsi minimuma enib.
101.az xəbər verir ki, turistlərin mühüm səyahət yerlərindən biri olan Qarda gölü hazırda quraqlıqla mübarizə aparır. Gölə gələn turistlər əvvəlki illərlə müqayisədə çox fərqli mənzərə ilə qarşılaşıblar. Göldəki Sirmione yarımadasını əhatə edən qayalar isə su çəkildikcə ortaya çıxıb.
Qeyd edək ki, aylardır düşən yağıntının minimuma endiyi İtaliyanın şimalına cari ildə yağan qarın səviyyəsi isə 70 faiz azalıb. Bu, çayların qurumasına səbəb olub, kənd təsərrüfatına və sənayeyə ciddi təsir edib.
Ölkənin ən uzun çayı olan Poda isə quraqlıq səbəbindən yaşanan su qıtlığı fermerlərin milyardlarla avro ziyana düşməsinə səbəb olub.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər