“Qəbələ”dən rekord
“Qəbələ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb.
“101.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0.
Bu, Premyer Liqada 2006/07 mövsümündə debüt edən “Qəbələ”nin tarixində ən yaxşı startdır. "Qəbələ" bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.
Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.
“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, 3-cü turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.
Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasında keçirilən 3-cü oyun günündə “Qəbələ” “Kəpəz”ə (3:0) qalib gəlib.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər