Özbəkistanın Buxara şəhərində  Kombat Ciu-citsu üzrə Açıq Asiya Çempionatı keçirilib

Özbəkistanın Buxara şəhərində Kombat Ciu-citsu üzrə Açıq Asiya Çempionatı keçirilib

8-11 sentyabr 2022-ci il tarixlərfldə Özbəkistanın Buxara şəhərində Kombat Ciu-citsu üzrə Açıq Asiya Çempionatı keçirilib."Kombat Ciu-Citsu" yapon döyüş növüdür. Bu döyüş növü xüsusilə dünyada polislərin, xüsusi təyinatlıların, cangüdənlərin və hərbiçilərin arasında geniş yayılmışdır. Hətta bir çox güc strukturları əməkdaşlarının döyüş hazırlığı proqramına salınmışdır. Azərbaycanı həmin yarışda DİN-nin İdman Cəmiyyətin 2 nəfər idmançısı təmsil edib. İdmançılarımız çempionatın "Full contact" və "Close contact" versiyalarda iştirak edib. Açıq Asiya Çempionatında veteranlar arasında "Full contact" versiyasında 85 kq çəki dərəcində 2-ci yer tutan Məğrur Əhmədov həmçin "Close contact" versiyasında 3-cü yerə layiq görülüb. 21-36 yaşlar arası qrupda isə Həsənov Sabir 85 kq çəki dərəcində 3-cü yeri tutaraq yarışın bürünc mükafatına layiq görülüb.

Komandamızın rəhbəri, DIN-nin İdman Cəmiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi, əməkdar məşqçi, Prezident mükafatçısı Rəsul Məmmədov Açıq Asiya Çempionatına Baş hakim qismində dəvət olunmuşdur və onun rəhbərliyi altında həmin yarışın hakim briqadaları idarə olunurdu. Qeyd edək ki Rəsul Məmmədov Beynəlxalq Kombat Ciu-Citsu Federasiyasının Hakimlər komitəsinin sədr vəzifəsini tutur və dəfələrlə Dünya, Avropa və Asiya çempionatlarını Baş hakim kimi idarə edib.




















101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR