"Xoşbəxtəm ki, Azərbaycanın yığması nəhayət ki, doğma arenada medal qazandı"

"Xoşbəxtəm ki, Azərbaycanın yığması nəhayət ki, doğma arenada medal qazandı"

Mən çox xoşbəxtəm ki, Azərbaycanın bədii gimnastika üzrə qrup yığması nəhayət ki, doğma arenada medal qazana bildi.

101.az bildirir ki, bunu Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva bildirib: "Hər şey yaxşı yekunlaşanda, hamımız xoşbəxt oluruq. Əlbəttə, təəssüf edirik ki, iki top və iplərlər hərəkətlərin sonunda səhvə yol verdik".

O qeyd edib ki, doğma divarlar arxasında hansısa səbəblərdən qrup hərəkətləri komanda çıxışlarında iştirak etmək çətindir:

"Əslində mən çox inanırdım ki, bu dəfə psixoloji nöqteyi-nəzərdən dönüş anı olacaq və bu "qara xətt" bitəcək. Tanrıya şükürlər olsun ki, biz ilk dəfə doğma divarlar arxasında medal qazandıq. Mən çox xoşbəxtəm, çünki bu gün gördüm ki, zalda nə qədər uşaq, valideyn var və onlar hamısı bu medalı istəyirdilər, deməli əbəs yerə gəlməyiblər bura".

Qeyd edək ki, 27-29 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku turniri keçirilib.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edib. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edib.

101.az (mənbə-trend)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR