İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.

“101.az” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb:

“Hörmətli Vladimir Vladimiroviç,

İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram”.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR