Ərdoğanla Putin Ukrayna müharibəsini müzakirə ediblər

Ərdoğanla Putin Ukrayna müharibəsini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığında Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Bu barədə 101.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Noyabrda başa çatacaq gübrə və taxıl ixracı mexanizminin uzadılmasının ortaq maraq olduğunu bildirən Türkiyə Prezidenti Rusiya gübrəsinin və taxıl məhsullarının fasiləsiz ixracı üzərində işlərin davam etdirildiyini bildirib.

Ərdoğan daha müsbət irəliləyişlərə yol açmaq üçün gərginliyin azaldılması istiqamətində addımların atılmasının lazım olduğunu, Rusiyadan bu prosesi asanlaşdıracaq addımlar atmasının gözlənildiyini bildirib.

Rusiya Prezidentindən danışıqlara şans verilməsini istəyən Ərdoğan bu prosesdə yardımçı rol oynamağa hazır olduqlarını qeyd edib.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR