Gəncə Dövlət Dram Teatrının direktoru Beynəlxalq festivalda

Gəncə Dövlət Dram Teatrının direktoru Beynəlxalq festivalda

Cari ilin 6-9 oktyabr tarixlərində İstanbulda Türkiyənin ən məşhur festivallarından biri olan 4.Maltepe Beynəlxalq Teatr Festivalına start verilib. Festival Avrasiya Teatrlar Birliyinin xətti ilə gerçəkləşir. Azərbaycandan Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı və Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi, teatrın aktyoru Yusif Cəfərov festivalda iştirak edirlər.

Qeyd edək ki, adıçəkilən festivalda Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı Beynəlxalq münsiflər heyətinin tərkibində yer alıb.

Xatırladaq ki, bu il keçirilən 4.Maltepe Beynəlxalq Teatr Festivalına 11 ölkədən 150 sənətçi qatılıb.











101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR