Gəncədə kitabxana-informasiya sahəsinin inkişafı ilə bağlı tədbirlər keçirilib

Gəncədə kitabxana-informasiya sahəsinin inkişafı ilə bağlı tədbirlər keçirilib

Gəncə şəhərində, 24-28 oktyabr 2022-ci il tarixlərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən icra edilən “İnformasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə, vətəndaşların elektron kitabxana resursları ilə təmin olunması fəaliyyətinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində

1) “Beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili” həmçinin,

2) “Nəşrlərin rəqəmsallaşdırılması” mövzularında tədbirlər həyata keçirilib.

1-ci tədbirin məruzəçi eksperti, UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, Tarix üzrə fəlsəfə doktoru Adilə xanım Abdullayevanın nümayiş etdirdiyi çox maraqlı təqdimat nəticəsində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının kitabxana əməkdaşları beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydaları və istifadəçilərə bu sahədə məsləhət xidmətinin təşkili sahəsində zəruri bilgilər və bacarıqlar əldə etdilər.



2-ci tədbirin məruzəçi eksperti, Gəncə MKS-in Kitabxana-Biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Gülünaz İsgəndərova tərəfindən aparılan seminarlar nəticəsində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonlarının kitabxana əməkdaşları kitabxana fondlarında olan nəşrlərin rəqəmsallaşdırılması ilə bağlı praktik bacarıqlar əldə ediblər.


Tədbirlərin sonunda iştirakçılar tərəfindən təlimlərin və seminarların ümumi qiymətləndirilməsi aparılıb həmçinin, nəşrlərin rəqəmsallaşdırılması eyni zamanda, beynəlxalq və milli elektron kitabxanalardan istifadə qaydalarına dair məsələlərin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.






Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR