Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qəddarlığı dünya heç zaman unutmamalıdır

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qəddarlığı dünya heç zaman unutmamalıdır

Prezident İlham Əliyevin Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı iştirakı ölkəmiz üçün əlamətdar hadisədir. Belə ki, Cənab Prezident İlham Əliyev Əlcəzairin Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq qismində iştirakı, əslində ölkəmizə verilən yüksək qiymət və dəyərdir desək heç də yanılmarıq.Cənab Prezidentin Sammitdəki çıxışı isə bütün dünyaya Azərbaycanın əsl sülh carçısı olduğunu ikilistandartlara qarşı olduğunu və vahid dəyişməz mənafeyə xidmət edən siyasətiə sahiblənməsinin beynəlxalq kürsüdən bir ifadəsi idi. Eyni zamanda Prezident İlham Əliyev Əlcəzair Milli Mücahid muzeyini ziyarət etmiş və xatirə kitabında öz ürək sözlərini bölüşmüşdür.Cənab Prezident burada Əlcəzairin qan yaddaşı olan soyqırımı,onun cinayətkarlarını qətiyyətlə pisləmiş və ölkəmizin bu cür qanlı hadisələrə qarşı çıxdığını açıq bəyan etmişdir. Azərbaycan Liderinin BMT Baş Katibi, Afrika İttifaqının sədri va İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi ilə birlikdə Ərəb Dövlətləri Liqasının Sammitində iştirakı ölkəmizə, onun Prezidentinə olan hörmətin, beynəlxalq aləmdə artmaqda olan böyük nüfuzunun göstəricisi idi.

Prezident İlham Əliyevin Əlcəzairdən kolonial siyasətə, Fransa kolonializminə öz qəti münasibəti və aydın mesajları ilə cavab verməsi təkcə Azərbaycanda deyil, Əlcəzairdə və mötəbər Ərəb Dövlətləri Liqasının üzvü olan dövlətlər tərəfindən də rəğbətlə qarşılanıb. Əlcəzairə səfəri zamanı Prezident İlham Əliyev həm də əsas fəlsəfəsini kolonializmə qarşı mübarizənin təşkil etdiyi Qoşulmama Hərəkatının sədri statusunda Fransa və onun cərgəsində yer alan ölkələrin əsl simasını ortaya qoydu. Böyük cəsarətlə Fransanın soyqırım törətdiyi bir ölkənin paytaxtında tarixi həqiqətləri bəyan etdi. Və Fransanın hazırda da davam etdirməyə cəhd göstərdiyi siyasətə öz münasibətini bildirdi: “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”. Keçmişindən utanmayan Fransa qondarma erməni soyqırımına həqiqət donu geyindirmək üçün dəridən-qabıqdan çıxan ölkələr arasında da ilk yerdə qərarlaşıb. Tarixi gerçəkliklər isə tamam başqadır. Əlcəzair soyqırımı Fransanın alnındakı gizlədilməsi mümkün olmayan qara ləkədir.

Reallıq budur ki, 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində Fransa anti-Azərbaycan və ermənipərəst siyasətinə zərrə qədər də ara verməyib. Tam əksinə Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarının ardınca Fransa Senatının Azərbaycana qarşı qətnamə qəbul etməyə hazırlaşdığı məlumdur. Açıq-aydın Fransanın neokolonialist siyasətinin artıq Cənubi Qafqaza ayaq açmağa çalışdığını görməkdəyik. Fransa öz tarixi keçmişinə, müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməyib, bu xalqlardan üzr istəməyib. Fransa isə ermənilərin olmayan uydurma tarixi içərisində eşələnib, gah Türkiyəyə, gah da Azərbaycana qarşı yalanlarla süslənmiş siyasət yürütməkdədir. Fransa özünün əsl kimliyini, Əlcəzair soyqırımının müəllifi olmasını unudaraq heç bir çərçivəyə sığmayan ermənipərəst siyasət yürütməkdə davam edir. Erməni lobbisinin tam təsiri altında olan Fransa prezidenti Emmanuel Makron özünü ermənilərin rəhbəri kimi apararaq tarixi gerçəklikləri təhrif etməkdə, Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə göz yummaqda, Azərbaycana qarşı heç bir beynəlxalq hüquqa söykənməyən çıxışlar etməkdədir. Təbii ki, Makronun ifrat ermənipərəstliyinin bəlli və aydın səbəbləri var. Bu sırada ermənilərlə fransızların oxşar işğalçılıq, soyqırım siyasətinə malik olmalarını da vurğulamaq mümkündür. Vaxtilə Fransanın Əlcəzairdə apardığı siyasəti Ermənistan Qarabağda davam etdirərək insanlğa xas olmayan cinayətlər törədib. Fransanın Azərbaycana yönəlik, bütün əndazələri aşan davranışlarının, qondarma erməni soyqırımının təbliğatçısına çevrilməsinin kökü həm də buradan qaynaqlanır.

Azərbaycan Fransa kimi soyqırım törətməyib, başqa ölkələrin torpaqlarını işğal etməyib. Azərbaycan haqq savaşına qalxaraq öz tarixi torpaqlarına geri dönüb. Bu tarixi torpaqlarımızı bütün dünya Azərbaycan ərazisi kimi tanıyıb. Artıq bu hamı tərəfindən qəbul olunan reallıqdır. Sadəcə bu reallığı qəbul etməyən qaragühçular manelər yaradıb vəziyyəti öz xeyirlərinə dəyişmək istəyirlər. Ancaq onlara bir şey unutmasınlar ki, Azərbaycan müxtəlif siyasi qütblər, güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr quran, öz prinsipial siyasəti ilə böyük etimad qazanan, müasir dövrün çağırışlarına adekvat cavab verən Liderə sahib ölkədir. Tanrı bütün haqq savaşlarında xalqımıza və Prezidentimiz İlham Əliyevə yar və yardımçı olsun!


Prof.Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR