Gəncə MKS-də kapitan Ruhin Mikayılovla görüş keçirilib.
8 dekabr 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxanasının Oxu zalında Vətən müharibəsi iştirakçısı, kapitan Ruhin Mikayılovla görüş keçirilib.
Əvvəlcə Azərbaycan torpaqları uğrunda həlak olan şəhidərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Ruhin Mikayılovla görüşə AYB Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, AYB-nin baş məsləhətçisi, şairə Aləmzər Əlizadə, şair, dramaturq Sahib İbrahimli, şair İnqilab İsaq, Minayə Abdullayeva, Almaz Yusifqızı, “Novosti Qyandji” qəzetinin əməkdaşı Fatma Cəfərova, Ruhin Mikayılovun döyüş yoldaşları, şəhid ailələri iştirak ediblər. Qonaqlar Ruhin Məmmədovdə onda olan mərdlik, cəsarət, vətənə olan bağlılığından, döyüşdə göstərdiyi şücaətindən, həmçinin digər insani keyfiyyətlərindən bəhs ediblər.
Ruhin Məmmədov öz növbəsində müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbrəliyinə və bugünkü tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib.
Gəncə şəhər 17 və 21 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənə, ordumuza, qəhrəman qazilərimiz və şəhidlərimizə həsr olunmuş kompozisiya təqdim olunub. Gəncə şəhər Telman Hacıyev adına 2 saylı Uşaq Musiqi Məktəbinin musiqiçilərinin ifasında “Şuşanın dağları”, “Qarabağ şikəstəsi”, “Qarabağ” mahnıları səsləndirildi. Gəncə şəhər F.Əmirov adına 1 saylı Musiqi Məktəbinin saz müəllimi aşıq Saleh Gəncəmizi tərənnüm edən şux musiqi ilə çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər