Gəncə Dövlət Filarmoniyası Qırğızıstanda keçirilən "Karakol-2022" tədbirində iştirak edib
07.12.2022-ci il tarixində Qırğızıstanın Karakol şəhərində Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtının estafetinin Sankt-Peterburq şəhərinə ötürülməsinə həsr olunmuş "Karakol 2022" təntənəli mərasim keçirilmişdir. Bununla əlaqədar Cantomaşev adına dramatik teatrda keçirilmiş təntənəli yekun tədbirində Azərbaycan, Qazaxstan, Rusiya, Belarus və Qırğızıstandan olan 50-dən artıq bədii və musiqi kollektivi iştirak etmişdir. Azərbaycanı bu tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət mahnı və rəqs ansamblı təmsil etmişdir.
“Karakol 2022 - Müstəqil Dövlətlər Birliyinin mədəniyyət paytaxtı” ilinə yekun vuran Karakol şəhərinin meri Ermat Cumayev öz çıxışında qeyd etmişdir ki, son bir il ərzində şəhərdə 20-dən artıq beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmişdir.Tədbirdə çıxış edən Qırğızıstan prezidentinin İssık-Kul vilayəti üzrə səlahiyyətli nümayəndəsi İliyaz İmambetov qonaqları alqışlamış və fəal iştiraka görə onlara öz minnətdarlığını bildirmişdir.
Təntənəli hissədən sonra tədbirdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət mahnı və rəqs ansamblı öz maraqlı proqramını tamaşaçılara təqdim etmişdir. İlk olaraq rəqs ansamblının ifasında təqdim edilən Vasif Adıgözəlovun “Bayram suitası” və Suleyman Əlaəsgərovun “Gözlə məni” rəqsləri tamaşaçıların sürəkli alqışları ilə müşahidə olunmuşdur. Bundan sonra Rövşən Məmmədovun ifasında Valeh Mahmudun sözlərinə Əli Səlimi tərəfindən bəstələnmiş “Sənə salam gətirmişəm mahnısı" Azər Verdiyein ifasında Xan Şuşinskinin “Şuşanın dağları” mahnısı, Fəridə Mustafayevanın solo ifasında “Sarı gəlin” rəqsi, Məbud Əhmədovun ifasında Bəhram Nəsibovun “Qarabağ” mahnısı, Rövşən Məmmədovun, Azər Verdiyevin və Rüstəm Cəfərovun ifasında Mehmet Sabir Kargerin “Ana yurd” mahnısı, və sonda Müslüm Maqomayevib şah əsəri olan “Azərbaycan” mahnısı Rüstəm Cəfərovun ifasında tamaşaçılara təqdim edilmişdir. Azərbaycanlı sənətçilərin bütün ifaları çox böyük maraq hissi ilə ayaqüstə qarşılanmış və bütün zalı bürüyən sürəkli alqışlarla müşahidə edilmişdir.
Tədbirin sonunda Qırğızıstan prezidentinin İssık-Kul vilayətindəki səlahiyyətli nümayəndəsi İliyaz İmambetov birdaha Azərbaycan nümayəndə heyətinə fəal iştiraka görə öz dərin minnətdarlığını bildirmişdir. O, Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifova və “Göygöl” mahnı və rəqs ansamblının bədii rəhbəri Sahil Quliyevə “Təşşəkkürnamə” təqdim etmişdir. Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov həmçinin İliyaz İmambetov tərəfindən təqdim edilən “ KARAKOL 2022 “ xüsusi milli rəmzi olan stolüstü hədiyyəyədə layiq görülmüşdür.

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər