Elvar Osmanov: Ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik, əmin-amanlıq, firavanlıq bəxş edib
Ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik, əmin-amanlıq, firavanlıq bəxş edib. Bu gün Azərbaycanda müxtəlif millətlərə, dinlərə mənsub insanlar dinc yanaşı, sülh şəraitində yaşayırlar. Ulu Öndərin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Bütün dini konfessiyalara eyni münasibət göstərilməsi, müxtəlif dinlərə və xalqlara fərq qoyulmaması bu siyasətin göstəricisidir. Azərbaycanda tolerantlığı dövlət siyasəti səviyyəsinə qaldıran Heydər Əliyevin ölkəmizdə multikulturalizmin inkişafı sahəsində xidmətləri böyükdür. Ulu Öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın tolerantlıq modeli dünya miqyasında yüksək qiymətləndirilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət köklü şəkildə dəyişib. Bu zəngin irsin qorunmasına dövlət səviyyəsində böyük qayğı və diqqət göstərilir, məscidlər, kilsələr, sinaqoqlar bərpa olunur, yeniləri tikilir. Bizim borcumuz bu tolerantlığın qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfələr verməkdir”.
Azərbaycanın müasir tarixi, milli dövlətçiliyimizin təşəkkülü bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderinin misilsiz xidmətlərini hər zaman minnətdarlıq hissləri ilə xatırlayır.
"Gəncə İdman Klubu" İctimai Birliyinin İdarə heyətinin sədri,
idman mütəxəssis Elvar Osmanov.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər