AHİK-ə yeni mətbuat katibi təyin olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.
101.az xəbər verir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.
1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsində işləyib.
Xatırladaq ki, daha əvvəl AHİK-in Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) olub.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər