Ermənistan ombudsmanı istefa verdi

Ermənistan ombudsmanı istefa verdi

Ermənistan ombudsmanı Kristine Qriqoryan istefa verib.

101.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Qriqoryan istefa ərizəsini ölkə parlamentinə təqdim edib.

Ombudsmanın istefasının başqa vəzifəyə keçidlə bağlı olduğu bildirilir. Belə ki, mediada yer alan məlumata görə, Qriqoryan bundan sonra Ali Məhkəmə Şurasında çalışacaq.

Xatırladaq ki, K.Qriqoryan 2022-ci il yanvarın 24-ü ombudsman vəzifəsinə təyin olunub.

101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR