Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan partlamamış hərbi sursatların sayı açıqlanıb

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan partlamamış hərbi sursatların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ötən həftə ərzində 423 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR