
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb
Bu gün, yanvarın 23-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayıb. Yanvarın 27-dək Strasburqda davam edəcək sessiyada Rusiya-Ukrayna münaqişəsinə dair hüquqi məsələlər, insan hüquqlarının pozulması ilə bağlı təcili debatlar, həmçinin, İslandiyanın Baş naziri və Almaniya xarici işlər nazirinin çıxışları olmalıdır. Sessiyada qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair İstanbul Konvensiyası və başqa bu kimi məsələlər də müzakirə edilməlidir.


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101



Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
Rəylər