Avropa İttifaqı Ukraynaya daha 500 milyon avro yardım ayırıb

Avropa İttifaqı Ukraynaya daha 500 milyon avro yardım ayırıb

Avropa İttifaqı müharibədən əziyyət çəkən Ukraynaya təhsil və kənd təsərrüfatı sahələrini dəstəkləmək üçün əlavə 500 milyon avro yardım ayırıb.

“101.az” xəbər verir ki, bununla bağlı Avropa Komissiyası və Ukrayna arasında sənəd imzalanıb.

Avropa Komissiyası Brüsseldə Ukraynanın Baş naziri Denis Şmıqal ilə Aİ-Ukrayna Assosiasiya Şurasının iclasına ev sahibliyi edərkən maliyyə paketini açıqlayıb.

"Aİ-nin bu qrant maliyyəsi məcburi köçkünlər və geri qayıdanlar üçün mənzil və təhsilin təmin edilməsinə kömək edəcək və Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləyəcək", - Avropa Komissiyasının sözçüsü Erik Mamer bildirib.

Qeyd edək ki, Baş nazir Şmıqalın Brüsselə səfəri çərçivəsində Aİ və Ukrayna arasında 5 sənəd imzalanıb. Bu barədə ukraynalı Baş nazir "Twitter" hesabında məlumat verib.

Onun sözlərinə görə, bu sənədlər Ukraynaya "Rəqəmsal Avropa" proqramında iştirak, gömrük və vergi sahəsində əməkdaşlıq, 500 milyon avro büdcə dəstəyi təmin edəcək.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR