“Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsinə qeydiyyat başladı
Həm əylənmək, həm də peşəkarlardan karyera planlaması, əmək bazarının tələbləri barədə məlumatlar almaq, təlimlərdə iştirak etmək istəyirsiniz? O zaman bu düşərgə məhz sizin üçündür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 6-10 fevral tarixlərində “Gənclərin Məşğulluq Məktəbi” qış düşərgəsi keçiriləcək.
Düşərgədə gəncləri karyera planlaması istiqamətində səyyar konsultasiya xidməti, əmək bazarının tələbləri barədə maarifləndirici görüşlər, TEDx formatında çıxışlar, əyləncəli enercayzerlər, ən əsası maraqlı və faydalı təlimlər gözləyir.
5 gün davam edəcək düşərgəyə 18-29 yaş aralığında gənclər müraciət edə bilər. Seçimlər zamanı sonuncu kurs tələbələrinə və yeni məzun olmuş gənclərə üstünlük veriləcək.
Düşərgənin keçiriləcəyi məkan barədə əvvəlcədən məlumat veriləcək.
Öyrənmək, əylənmək və unudulmaz xatirələr qazanmaq üçün qeydiyyatdan keçməyə tələsin!
Qeydiyyat üçün link: https://bit.ly/3CQh0SL
Son qeydiyyat tarixi: 25.01.2023
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər