
Ötən ilin ən məşhur serialları
Ötən ilin ən məşhur serialları2022-ci ilin ən məşhur serialı seçilib.
Sonxeber.az axşam.az-a istinadən bildirir ki, "Nielsen" analitik agentliyi ötən ilin ən çox baxılan televiziya şoularının siyahısını açıqlayıb.
"Qəribə məxluqlar" ən məşhur serial seçilib. İkinci sırada "Ozark" qərarlaşıb. "Wednesday" isə siyahıya üçüncü sırada daxil olub.
İlk onluğa "Cobra Kai", "The Bridgertons", "Virgin River", "Dahmer", "Love Is Blind", "Annanı kəşf etmək" və "Tache Crown" adlı ekran işləri tamamlayıb.
Agentlik həmçinin ümumi siyahı da dərc edib. Burada da "Qəribə məxluqlar" serialı lider olub. Ondan sonra "NCIS" serialı və "Cocomelon" uşaq şousu gəlir. İlk onluq isə belədir: "Ozark", "Enkanto", "Qrey anatomiyası", "Criminal Minds", "Bluey", "Gilmore Girls" və "Seinfeld".
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101
Rəylər