Laçın dəhlizi ilə bağlı bəyanat
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Laçın dəhlizinin girişində vəziyyəti qiymətləndirmək üçün 17-19 fevral tarixlərində Kimmo Kilyunen (Finlandiya, SOC) və Boriana Aberq (İsveç, EPP/CD) Ermənistana səfər etdikdən sonra bəyanatla çıxış ediblər:
"Laçın dəhlizindəki vəziyyət təcili tədbirlərin görülməsini tələb edir. Bu günə olan məlumata görə, Dağlıq Qarabağ sakinləri regiondan sərbəst gedə bilmirlər və bizə məlumat verildiyi kimi, 954 nəfər hələ də dəhlizin hər iki tərəfində qapalı vəziyyətdədir. Yalnız Beynəlxalq Komitə Qırmızı Xaç və Rusiya sülhməramlılarının maşınlarının bu dəhlizlə hərəkətinə icazə verilir ki, bu da əhalinin ehtiyaclarını ödəmək üçün açıq şəkildə kifayət deyil.Bundan başqa, malların əkin mövsümünə vaxtında çatdırılması həyati əhəmiyyət kəsb edir.Bütün malların sərbəst dövriyyəsi nəqliyyat vasitələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq təcili olaraq bərpa edilməlidir.
Bundan başqa, əraziyə qaz və elektrik enerjisinin verilişinin dəfələrlə kəsilməsi sakinlərin hüquqlarının ciddi şəkildə pozulması ilə nəticələnib: məktəblər bağlanmalı olduğundan çoxlu
insanlar artıq işini itirib, uşaqlar təhsildən məhrum olublar.
Nəticələrimizi AŞPA Monitorinq Komitəsinin növbəti iclasında təqdim edəcəyik. Biz gələcək hadisələrə son dərəcə diqqətli qalırıq və uzunmüddətli sülh nizamlanmasına nail olmaq üçün lazım olan bütün siyasi dəstəyi parlament səviyyəsində təqdim etməyə hazır olduğumuzu bir daha bəyan edirik”.
Səfər zamanı həmməruzəçilər Cermuk, Qoris və Vardenis şəhərlərinə və onların ətrafına, eləcə də Ermənistan tərəfdən Laçın dəhlizinin girişinə baş çəkiblər. Onlar yerli rəsmilərlə və Laçın dəhlizinin qarşısının alınması ilə bağlı blokadada olan Dağlıq Qarabağın Qorisdə sakinləri ilə görüşüblər.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər