Ukrayna Navalnı barədə filmə “Oskar” verilməsini pislədi
Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisi rusiyalı müxalifətçi Aleksey Navalnı barədə lentə alınan “Navalnı” filminə “Oskar” mükafatının verilməsini tənqid edib.
“101.az” xəbər verir ki, Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bu barədə öz tviter hesabında paylaşım edib:
“Əgər “Oskar” siyasətdən kənardırsa, Rusiyanın daxili siyasətindən bəhs edən “Navalnı” sənədli filminin mükafata layiq görülməsini necə başa düşmək olar? “Oskar” Ukraynadakı müharibədən və ukraynalıların kütləvi soyqırımından uzaqdırsa, bəs onda nəyə görə davamlı olaraq humanizm və ədalətdən danışırsınız?”
Xatırladaq ki, kanadalı rejissor Deniel Roerin “Navalnı” filmi “Oskar” mükafatının “Ən yaxşı sənədli film” nominasiyasında qalib olub. Ukrayna, Danimarka, İsveç və Finlandiyanın birgə istehsalı olan “A House Made of Splinters” filmi də eyni nominasiya üzrə “Oskar”a namizəd olub. Sözügedən film Donbasda cəbhə xəttinin yaxınlığında yerləşən kiçik internatdan bəhs edir. Mükafatın bu filmə deyil, “Navalnı” filminə verilməsi Ukraynada müzakirələrə səbəb olub.
Qeyd edək ki, bir müddət əvvəl V.Zelenskinin “Oskar” mərasimində çıxış etmək istəyi Akademiya tərəfindən rədd edilib.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər