İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu

İndoneziyada torpaq sürüşməsi 46 nəfərin həyatına son qoydu

İndoneziyanın şimal hissəsində yerləşən Riau adalarında torpaq sürüşməsi nəticəsində 46 nəfər həlak olub.

“101.az” xarici mediaya istinadən xəbər verir ki, həlak olanların 24-ü kişi, 22-si qadındır.

2 mindən çox yerli sakin isə daha təhlükəsiz ərazilərə təxliyə edilib.

Məlumata görə, torpaq sürüşməsinə səbəb leysan yağışları olub. Hazırda 9 nəfərin axtarışları davam edir.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR