Britaniya səfiri mesaj göndərdi - "Qarabağ" belə cavab verdi

Britaniya səfiri mesaj göndərdi - "Qarabağ" belə cavab verdi

"Qarabağ" Britaniyanın Azərbaycandakı səfiri Fergus Auldun komandaya üzv kimi qəbul edilməsi təklifinə zarafatla cavab verib.

"101.az" "Qol.az"a istinadən xəbər verir ki, Ağdam klubu bununla bağlı Tvitter hesabında paylaşım edib. Paylaşımda qeyd edilib: "Böyük məmnuniyyətlə! Qapılarımız üzünüzə açıqdır. İstədiyiniz zaman gəlin, müqavilə şərtlərini razılaşdıraq. Bizim üçün şərəf olar".

Qeyd edək ki, Fergus Auld Tvitterdəki hesabında səfirliyin əməkdaşlarının futbol oyununun fotolarını paylaşıb və yazıb: "Bu gün səfirliyin əməkdaşları ilə futbol oynadıq. Həm işdən ayrılan əməkdaşlarımız ilə sağollaşdıq, həm də həyatımıza idman qatdıq. "Qarabağ" Futbol Klubu, bizi üzv kimi qəbul edərsiniz?"


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR