26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Yeni nizamın təsirləri

26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Yeni nizamın təsirləri

Siyasiləşdirilmiş enerji təchizatı böhranı dəyişikliklərin
xəbərçisidirmi?” movzusunda panel sessiya keçirilib
İstanbulda “Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi”nin
təşkilatçılığı ilə keçirilən 26-cı Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Yeni nizamın
təsirləri. Siyasiləşdirilmiş enerji təchizatı böhranı dəyişikliklərin xəbərçisidirmi?”
movzusunda panel sessiyada energetika nazirinin müşaviri Zəminə Əliyeva da çıxış
edib.
Çıxışda enerji və geosiyasətin bağlılığında enerji çatışmazlığı, enerji tədarükü
sistemində pozulmalar, qiymətlərdəki volatillik, neft-qaz axınları xəritəsinin yenidən
tərtib edilməsi yeni enerji nizamının göstəriciləri kimi qeyd edilib. Bildirilib ki, belə bir
enerji düzənində prioritet məsələ enerji təhlükəsizliyidir. Neft-qaz resurslarından,
onların təchizatçılarından asılılığa son qoyulması, təchizat boşluğunu qaza tələbatın
azaldılması ilə kompensasiya cəhdləri dayanıqlı enerji təhlükəsizliyinə zəmanət
vermir. Ona görə də yaşıl enerji layihələrinə investisiyalar artırılarkən neft-qaz
sektorunda investisiya boşluğunun həlli də düşünülməlidir. Bir mənbədən asılılığın
riskli olduğu, bu səbəbdən də təbii qaz və bərpa olunan enerjidən istifadənin
vəhdətdə inkişafının gözlənilməz risklərdən sığortalanmağın qarantı ola biləcəyi
vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan bu gün Avropanın enerji təchizatını şaxələndirən
ölkədir: “Azərbaycan kritik dövrdə qısamüddətli missiyasını Türkiyə ilə enerji birliyinin
nailiyyəti olan Cənub Qaz Dəhlizi sayəsində uğurla yerinə yetirib. İndiyə kimi TANAP
və TAP vasitəsilə Türkiyə və Avropaya 43 mlrd. m 3 -ə yaxın qaz tədarük edilib”.
Bildirilib ki, ölkəmiz irəlidə xarici investorlarla birgə reallaşdırılan ümumi gücü
25 QVt-dan çox bərpa olunan enerji layihələri ilə Avropanı yaşıl enerji və yaşıl
hidrogen ilə təchiz etməyi planlaşdırır. Bu məqsədlə gündəmdə olan əsas layihələr
haqqında danışılıb və vurğulanıb ki, bunlar Azərbaycanın tərəfdaşlarının enerji və
ekoloji təhlükəsizliklərinə töhfə verən uğurlu enerji siyasətinin daha bir təsdiqidir.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR