Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX)
məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media
platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.
Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, hesablar fişinq və digər
hücumlar nəticəsində ələ keçirilir. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə
hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media
platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin
keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri
onların hesablarının oğurlanması ilə nəticələnir.
Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media
platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir:
– Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;
– Çətin və unikal şifrlərdən ( https://bit.ly/3LrQROW ), eləcə də ikimərhələli
autentifikasiyadan ( https://bit.ly/3JAPJav ) istifadə edin;
– Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı
verərkən diqqətli olun;
– İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.
Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı
[email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət
edə bilər.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR