Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi əsgərlərimizə bayram sevinci yaşadıb
Novruz Bayramı günlərində yaxınları ilə əlaqə saxlamaq və onları yaxınlığında hiss etmək xüsusi əhəmiyyət daşıyır. Buna görə də Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən döyüş mövqelərində xidmət edən əsgərlər və onların valideynləri arasında sosial şəbəkələr vasitəsilə videokörpülər təşkil edilmişdir.
Videokörpü vasitəsi ilə əsgərlərimizə ailə üzvləri ilə əlaqə yaratmaq və bütün xalqın dəstəyini hiss etmələriniə imkanı yarandı. Videokörpü vasitəsi ilə bağlantı həm əsgər valideynləri, həm də əsgərlərin özləri tərəfindən məmnunluqla qarşılamışdır. Bir neçə aydır ailələri ilə görüşə bilməyən əsgərlər üçün bu fürsət böyük sevinc gətirmişdir. Əsgərləri ziyarət zamanı təbliğat - təşviqat qrupları onlara bayram hədiyyələri, şirniyyatlar təqdim etmiş, "Əsgərə məktub" layihəsi çərçivəsində yazılan məktublar və gözəl musiqi nömrlələri ilə sevindirmişlər. Əsgərlər isə öz tərəfindən videokörpü vasitəsi ilə təbriklərini səsləndirib və onlara bu imkanın yaradılması üçün çox təşəkkür etmişlər.
Tədbirlərin sonunda xatirə şəkilləri çəkilmiş və əsgər valideynlərə göndərilməsi təşkil edilmişdir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər