Gəncə şəhərinə qadın dini ayin icraçısı təyin olunub

Gəncə şəhərinə qadın dini ayin icraçısı təyin olunub

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Gəncə şəhər Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra” məscidinə qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunan Xasməmmədli Nabat Sahib qızının 05.04.2023-cü il tarixdə təqdimat mərasimi keçirilmişdir.

Təqdimat mərasimində DQİDK-nin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin müdir müavinləri Elmar Fətəliyev, Faiq Əsgərov, şöbənin əməkdaşı Samirə Məmmədova, İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, məscidin icma sədri Zenfira İsayeva və dini icma üzvləri iştirak etmişdir.

DQİDK-nin Gəncə bölgəsi üzrə şöbənin rəhbərliyi və həmin şöbənin əməkdaşları Xasməmmədli Nabat Sahib qızının Gəncə şəhər Bala Bağbanlar məhəlləsi “Fatimeyi-Zəhra” məscidinə qadın dini ayinlərin icraçısı təyin olunması münasibəti ilə təbrik edir və fəaliyyətində uğurlar arzulayır.









101.az


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR