Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi siyasəti

Ulu Öndər Heydər Əliyev və Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi siyasəti

Cavid Bağırzadə,

YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent

Müasir Azərbaycan tarixində, onun mədəniyyətinin, incəsənətinin, musiqisinin, ədəbiyyatının, milli-mənəvi dəyərlərinin, o cümlədən də Azərbaycan dilinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Təsadüfi deyildi ki, hələ 1969-cu uldə respublikamıza rəhbərliyə seçildikdən sonra Azərbaycanın sözün həqiqi mənasında bütün sahələrində intibah dövrü başladı və bu dövr tədqiqatçılar tərəfindən “Milli dirçəliş siyasəti” dövrü kimi xarakterizə edilmişdir.

Əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin xüsusi olaraq diqqət mərkəzində Azərbaycan dilinin qorunması, onun inkişaf etdirilməsi həmişə önəmli yer tutmuşdur. Həm keçmiş sovet dövründə, həm də müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev ana dilimizə dövlət siyasəti olaraq daima qayğı göstərmiş, onun qorunması, dövlət dili statusu qazanması və inkişaf etdirilməsinə xüsusi həssaslıqla yanaşmışdır.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Azərbaycan SSR-nin Konstitusiyasında təsbit olunması ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində ən mühüm addım idi. Bu siyasət müstəqillik dövründə də inamla davam etdirilmiş, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında o zaman çoxsaylı müzakirələr və təkliflərə baxmayaraq Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsində ana dilimiz məhz “Azərbaycan dili” olaraq dövlət dili kimi təsbit olunmuşdur. Sonrakı illərdə də Ulu Öndər Heydər Əliyev Prezident kimi dilimizin qayğısına qalmış, onun inkişaf etdirilməsi ilə bağlı mühüm addımlar atmışdır. Belə ki, Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.

Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalmış, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməmişdir. Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.

Ulu Öndər Heydər Əliyevin ana dilimizə olan sevgisi, qayğısı, ona verdiyi önəmin bariz nümunəsi olaraq hələ respublika rəhbərliyinə gəlməsinin ilk illərində, 1970-ci ildə Bakı Dövlət Universitetinin 50 illik yubiley tədbirində rus dilində deyil, doğma ana dilində çıxış etmişdi. Respublikanın birinci şəxsi bu cəsarətli addımı ilə həm ziyalılarımızın böyük rəğbətini qazanmış, həm də onlara mənəvi dəstək vermişdi. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır. Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, respublikanın rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər. Minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük Аzərbаycаndа lаtın qrаfikаlı əlifbаyа keçidlə bаğlı аpаrılаn işlər, görülən zəruri tədbirlər və qаzаnılаn uğurlаr dа Ümummilli Lidеr Hеydər Əliyеvin аdı ilə bаğlıdır.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR