Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

Gəncədə Ümummilli Lider Heydər Əliyevin ruhuna dualar oxunub

5 May 2023-cü il tarixində Gəncə bölgəsində təyinatı üzrə fəaliyyət göstərən ziyarətgah və məscidlərdə Cümə namazı zamanı Ümummilli Lideri Heydər Əliyevin ruhuna dualar oxunmuş, xütbələr edilmişdir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunan xütbələrdən sonra əziz xatirəsi yad edilmişdir.

Gəncə şəhər İmamzadə Ziyarətgah dini kompleksində Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə nümunəvi dövlət-din münasibətlərinin formalaşmasında, çoxəsrlik adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və tolerantlıq ənənələrinin möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən bəhs olunan cümə xütbələrindən sonra ehsan süfrəsi təşkil olunmuşdur.











101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR