Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri azalıb
2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) gəlirləri 74 milyon 196 min manat təşkil edib.
Qurumun maliyyə hesabatına görə, bu, 2021-ci ilə nisbətən 22,9 % azdır.
ƏMDX-nın gəlirlərinin 62 milyon 559 min manatı və yaxud 84,3 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 21,6 % azdır.
Hesabat dövründə Dövlət Xidmətinin birja əməliyyatlarından gəlirləri 26 % azalaraq 11 milyon 502 min manat, sair gəlirləri isə 6,3 dəfə azalaraq 134 min manat olub.
Ötən il ƏMDX-nın xərcləri isə əvvəlki ilə nisbətən 7,3 % az - 65 milyon 31 min manat təşkil edib. O cümlədən Dövlət Xidmətinin əmək haqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 12,3 % artaraq 22 milyon 228 min manat, sərf etdiyi materialların dəyəri 19 dəfə artaraq 3 milyon 915 min manat, amortizasiya xərcləri 0,4 % azalaraq 2 milyon 603 min manat, sair əməliyyat xərcləri isə 23,6 % azalaraq 36 milyon 284 min manat olub.
© “Report”
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər