Google ilk qatlana bilən smartfonunu təqdim edib

Google ilk qatlana bilən smartfonunu təqdim edib

Google ilk qatlana bilən smartfonunu, Pixel Fold-u çərşənbə günü Kaliforniyad konfransda təqdim edib. Cihazın başlanğıc qiyməti ABŞ-da 1799 dollardır.

101.az xəbər verir ki, açılan zaman ekran ölçüsü 7,6 düym, yeniləmə tezliyi 120 Hz-dir.


Şirkətin cihazlar bölməsinin rəhbəri Rik Osterlo deyib: "Açıq halda bu, bizim ən nazik smartfonumuz və bazardakı ən nazik flip telefonumuzdur".

Smartfon 48 meqapiksellik əsas kamera, həmçinin 10,8 meqapiksellik iki kamera ilə təchiz olunub ki, onlardan biri beşqat optik zoom imkanlarına malikdir. Smartfon 12 GB RAM və iki fiziki yaddaş (256 və 512 GB) variantı ilə buraxılacaq. Smartfon Tensor G2 prosessoru ilə təchiz edilib.

Pixel Fold iki rəngdə olacaq - tünd boz və bej. Cihazın çəkisi 283 qramdır. Telefonun satışına iyun ayında başlanacaq.

@Pixel Fold
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR