"Ali dəyərlər” adlı korporativ tədbir baş tutub

"Ali dəyərlər” adlı korporativ tədbir baş tutub

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru, Korporativ-Sosial Məsuliyyət Komitəsinin üzvü,"Əsgərə Xatirə Kitabı"- layihəsinin idarə heyətinin fəxri üzvü, mediator Türkər Əliyevanın təqdimatı və təşkilatçılığı ilə müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların iştirakı ilə dahi ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən "Ali dəyərlər” adlı korporativ səhər yeməyi tədbiri baş tutdu.

Tədbir, “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir…"
Vətənə xidmət edən gənclərlə qürur duyan Ulu öndərin kəlamı ilə başlandı.

"Ali dəyərlər" devizi ilə təşkil olunan tədbirə müxtəlif sahələrdə çalışan onlarla xanım dəvət olunmuşdu. 2 saylı Mediasiya təşkilatının mediatoru Türkər Əliyeva, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,12.02.2020-ci il tarixində təşkil olunan Mediasiya Şurası haqqında, görülən işlər və perspektivlər haqqında məlumat verdi, auditoriyanın aidiyyatı üzrə ünvanlanan suallarını cavablandırdı.


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR